Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 2:18 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

18 Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

18 Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

18 Сонра исә Естерин шәрәфинә бөјүк бир эијафәт гурду. Бу эијафәтә падшаһын бүтүн рәисләри вә әјанлары дәвәт олунмушду. Падшаһ бүтүн вилајәтләрдә бајрам елан етди вә өэ сәхавәтинә ҝөрә һәдијјәләр верди.

Fəsildə baxın Kopyalayın




ESTER 2:18
14 Çarpaz İstinadlar  

Lavan o torpağın bütün adamlarını topladı və bir ziyafət verdi.


Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər.


Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi.


çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər.


Ey Sion qızları, çıxın, Padşah Süleymana baxın! O, toy günündə, ürəkdən sevindiyi gündə Başına anasının verdiyi tacı qoyub!


Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için!


«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir.


Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.


«Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var.


Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi.


Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir».


Bunu öz nökərlərindən də soruşa bilərsən və onlar da sənə deyər. Qoy nökərlərim sənin gözündə lütf tapsın, çünki yanına bayram zamanı gəlmişik. Rica edirəm ki, qullarına və oğlun Davuda əlində olanından ver”».


Bizi izlə:

Reklamlar


Reklamlar