Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 2:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Падшаһын јанына ҝәлмәк үчүн нөвбә Мордокајын гыэлыға ҝөтүрдүјү әмиси Авихајилин гыэы Естерә чатанда о, һәрәмә мәсул олан падшаһын һәрәмағасы Һегајын мәсләһәт ҝөрдүјүндән башга һеч нә истәмәди. Естер она баханларын һамысынын ҝөэүндә лүтф тапды.

Fəsildə baxın Kopyalayın




ESTER 2:15
10 Çarpaz İstinadlar  

O, axşamüstü padşahın yanına gedər, səhər açılanda isə ikinci hərəmxanaya, cariyələrin hərəmağası Şaaşqazın nəzarəti altına göndərilərdi. Yalnız padşahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi.


Padşah Axaşveroşun hökmranlığının yeddinci ilinin onuncu ayında – Tevet ayında Ester padşah sarayına aparıldı.


Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun.


Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi.


Avixayilin qızı mələkə Ester və Yəhudi Mordokay bu ikinci Purim naməsini tam səlahiyyətlə yazıb təsdiq etdilər.


Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr.


Göyərçinimin, eyibsizimin tayı yoxdur, Anasının yeganə qızıdır, Onu doğanın canı-gözüdür. Qızlar onu görərkən Söyləyirlər: «Bəxtəvərsən!» Mələkələr və cariyələr də onu mədh edir.


Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar.


Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi.


Bizi izlə:

Reklamlar


Reklamlar