Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




EFESLİLƏRƏ 6:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14-15 Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14-15 Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14-15 Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14-15 Беләликлә, һәгигәти кәмәр кими белиниэә бағламыш, салеһлији эиреһ кими дөшүнүэә тахмыш, барышыг Мүждәсини јајмаг һаэырлығыны ајагларыныэа ҝејинмиш олараг јериниэдә дурун.

Fəsildə baxın Kopyalayın




EFESLİLƏRƏ 6:14
13 Çarpaz İstinadlar  

Bütün Moavlılar eşitdilər ki, padşahlar onlarla vuruşmağa gəlir. Silah qurşana bilən hər kəsi və daha yaşlı adamları çağırdılar. Onlar sərhəddə dayandılar.


Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi.


O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq.


O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü.


«Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın.


Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.


həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə,


Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür.


Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.


Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq.


Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.


Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı.


Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi.


Bizi izlə:

Reklamlar


Reklamlar