Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 6:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Амрамын өвладлары: Һарун, Муса вә Мәрјәм. Һарунун оғуллары: Надав, Авиһу, Елеаэар вә Итамар.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 6:3
18 Çarpaz İstinadlar  

Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu.


Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər.


Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu.


İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat.


Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel.


Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi.


Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar.


Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı.


Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?»


Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin.


Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin.


Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı doğdu. Amram yüz otuz yeddi il ömür sürdü.


Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu.


Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi.


Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir.


Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan oğullarına – Eleazara və İtamara qəzəblənib dedi:


Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum.


Bizi izlə:

Reklamlar


Reklamlar