Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 3:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Yehoyaqimin oğulları: onun oğlu Yekonya, onun oğlu Sidqiya.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

16 Yehoyaqimin oğulları: onun oğlu Yekonya, onun oğlu Sidqiya.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

16 Јеһојагимин оғуллары: онун оғлу Јеконја, онун оғлу Сидгија.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 3:16
12 Çarpaz İstinadlar  

Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.


Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu.


Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi.


Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi yeddinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi.


Yoşiyanın oğulları: ilk oğlu Yoxanan, ikincisi Yehoyaqim, üçüncüsü Sidqiya, dördüncüsü Şallum.


Əsir aparılmış Yekonyanın oğulları: Şealtiel,


Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi.


Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay on gün padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi.


Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım.


Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı?


Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu.


Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi.


Bizi izlə:

Reklamlar


Reklamlar