Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 28:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri,

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

12 Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri,

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

12 Руһун васитәсилә она ашкар олмуш бүтүн бунларын тәсвирини верди: Рәббин мәбәдинин һәјәтләри, әтрафдакы бүтүн отаглар, Аллаһ мәбәдинин хәэинәләри, тәгдис олунан шејләрин хәэинәләри,

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 28:12
16 Çarpaz İstinadlar  

O, Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi bütün qızıl qalxanları da götürdü.


O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.


Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi:


Padşah Süleymanın Rəbbin məbədində gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Rəbbin məbədinin xəzinələrinə qoydu.


Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi.


Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi.


Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır:


Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və


Davud dedi: «Bunların hamısının təsviri bütün təfsilatı ilə yazılı şəkildə Rəbb tərəfindən mənə aşkar edildi».


Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt.


«Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb,


«Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver».


Görüntüdə Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın cənubunda şəhərə bənzər tikililər var idi.


İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu.


Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».


Bizi izlə:

Reklamlar


Reklamlar