Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 27:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq;

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

17 Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq;

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

17 Левилиләрин башчысы Гемуел оғлу Хашавја, Һарун нәслинин башчысы Садог;

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 27:17
8 Çarpaz İstinadlar  

Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər;


Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.


Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər.


Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraillilər üzərində məmur idi.


İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya;


Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri;


İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu.


Bizi izlə:

Reklamlar


Reklamlar