Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 22:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Инди, оғлум, гој Рәбб сәнә јар олсун, сәнин барәндә сөјләдији кими Аллаһын Рәббин мәбәдини уғурла тикәсән.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 22:11
11 Çarpaz İstinadlar  

hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».


Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz.


Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi.


Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim.


Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.


«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir.


sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».


Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.


Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!


Davud sözünə davam etdi: «Məni aslan pəncəsindən, ayı pəncəsindən qurtaran Rəbb bu Filiştlinin də əlindən qurtaracaq». Şaul Davuda dedi: «Get, Rəbb sənə yar olsun!»


Yox, əgər sənə pislik etmək atamın xoşuna gəlirsə və mən bunu sənə deməsəm, salamat gedəsən deyə səni yola salmasam, Rəbb Yonatana beləsini və bundan betərini etsin. Rəbb necə atamla oldusa, qoy səninlə də elə olsun.


Bizi izlə:

Reklamlar


Reklamlar