Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 2:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

7 Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

7 Карминин оғлу һәср олунмуш шејдә хаинлик едиб Исраили бәлаја салан Акан иди.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 2:7
10 Çarpaz İstinadlar  

Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi.


Yəhudanın oğulları: Peres, Xesron, Karmi, Xur və Şoval.


Məhv edilməyə həsr edilən mallardan heç nəyi özünüz üçün götürməyin. Onda Rəbbin qızğın qəzəbi yatar və atalarınıza and edib söz verdiyi kimi sizə rəhm edər və mərhəmət göstərərək sizi çoxaldar.


Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub.


Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”».


Lakin siz məhv edilməyə həsr olunmuş şeylərdən çəkinin ki, heç nə götürməyəsiniz. Əgər bir şey götürsəniz, onda siz də məhv edilməyə həsr olunacaqsınız və bununla da İsrail ordugahını məhv edilməyə həsr etməklə bəlaya salarsınız.


Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar.


Bizi izlə:

Reklamlar


Reklamlar