Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 19:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Аммонлулар чыхыб шәһәрин ҝиришиндә, ҝәлән падшаһлар исә ајрыҹа чөлдә дөјүш үчүн дүэүлдү.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 19:9
12 Çarpaz İstinadlar  

Ammonlular çıxıb darvazanın girişində döyüşə düzüldülər. Sova və Rexov Aramlıları ilə Tov və Maaka adamları çöldə ayrıca durmuşdular.


Padşah onlara dedi: «Sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm». Padşah darvazanın yanında dayandı və bütün xalq yüz-yüz, min-min şəhərdən çıxdı.


Aram padşahı Ben-Hadad bütün ordusunu topladı. Onunla birgə otuz iki padşah, atlar və döyüş arabaları var idi. Ben-Hadad gəlib Samariyanı mühasirəyə aldı və şəhərə hücum etdi.


Belə et: padşahların hər birini vəzifəsindən götür və onların yerinə valilər təyin et.


Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü.


Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.


Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü.


Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü.


Hökm kürsüsündə oturana ədalət ruhu, Şəhər darvazalarını müdafiə edənlərə qüdrət verəcək.


Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı!


Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər.


Şaulla İsraillilər toplaşıb Ela vadisində ordugah qurdular və Filiştlilərə qarşı döyüş üçün düzüldülər.


Bizi izlə:

Reklamlar


Reklamlar