Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 17:24 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

24 Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəsli də Sənin önündə möhkəm qalsın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

24 Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəsli də Sənin önündə möhkəm qalsın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

24 Гој адын әбәди олараг галсын вә иээәтләнсин, “Исраилин Аллаһы Ордулар Рәбби Исраили сахлајан Аллаһдыр” десинләр. Гулун Давудун нәсли дә Сәнин өнүндә мөһкәм галсын.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 17:24
17 Çarpaz İstinadlar  

İndi isə, ya Rəbb, bu qulun və onun nəsli haqqında söylədiyin söz əbədi olaraq yerinə yetsin və dediyinə əməl et.


Çünki, Sən ey Allahım, “sənə ev tikəcəyəm” deyərək bunu quluna çatdırdın və buna görə qulun önündə dua etməyə cəsarət tapdı.


o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin.


Rəbb bəyan edir: «O zaman Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar da Mənim xalqım olacaq».


Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan.


Bizi sınağa çəkmə, Lakin bizi şərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.”


Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun,


Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.


İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin.


və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.


Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.


“O günlərdən sonra İsrail xalqı ilə Bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların zehinlərinə qoyub Ürəklərinə yazacağam. Mən onların Allahı, Onlar da Mənim xalqım olacaq.


Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin!


Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar