Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 17:21 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

21 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

21 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

21 Јер үэәриндә халгын Исраил кими бир милләт вармы? Еј Аллаһ, Сән ону Өэүнә халг етмәк үчүн сатын алмаға ҝетдин. Сән Мисирдән сатын алдығын халгынын өнүндән милләтләри говараг бөјүк вә харигәли ишләрлә Өэүнә шөһрәт гаэандын.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 17:21
29 Çarpaz İstinadlar  

Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.


Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun.


Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin.


Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam.


Adım naminə qəzəbimi saxlayırdım, Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim.


Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub, Özünə əbədi ad qazandırmaq üçün Suları qarşılarında yaran Rəbb haradadır?


Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.


Sən gözləmədiyimiz əzəmətli işlər edəndə Endin yer üzünə, dağlar önündə sarsıldı.


Sən Öz xalqın İsraili əlamətlərlə, möcüzələrlə, qüdrətli əllə, uzanan qolunla böyük dəhşət saçaraq Misir torpağından çıxartdın.


Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm.


Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun?


O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.


Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrailin Allahı Rəbb İsrail üçün vuruşdu.


Bizi izlə:

Reklamlar


Reklamlar