Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 14:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Давуд Јерусәлимдә башга арвадлар алды, јенә оғуллар вә гыэлар атасы олду.

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 14:3
13 Çarpaz İstinadlar  

Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu.


Onun zadəgan nəslindən olan yeddi yüz arvadı və üç yüz kənizi var idi. Arvadları onun ürəyini yoldan çıxartdılar.


Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi.


Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,


Rəbbin mənə verdiyi çoxlu oğul arasından da İsrail üzərində Rəbbin padşahlıq taxtında oturmaq üçün oğlum Süleymanı seçdi.


Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur.


Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin.


İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi.


Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın.


Bizi izlə:

Reklamlar


Reklamlar