Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 14:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Давуд Аллаһдан сорушду: «Филиштлиләрин гаршысына чыхыммы? Онлары мәнә тәслим едәҹәксәнми?» Рәбб она ҹаваб верди: «Чых, онлары сәнә тәслим едәҹәјәм».

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 14:10
14 Çarpaz İstinadlar  

Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona».


Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm».


Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.


İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək».


Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq».


Davud Baal-Perasimə çıxıb Filiştliləri qırdı. Davud dedi: «Sellər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.


Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.


Filiştlilər gəlib Refaim vadisini talayırdılar.


Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.


Davud Rəbbə müraciət edərək dedi: «Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?» Rəbb ona dedi: «Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan».


Bizi izlə:

Reklamlar


Reklamlar