Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




BİRİNCİ SALNAMƏLƏR 10:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi,

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

13 Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi,

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

13 Беләҹә Шаул Рәббә гаршы хаинлик етдији үчүн өлдү. О, Рәббин сөэүнә әмәл етмәјиб ҹиндара мүраҹиәт етди,

Fəsildə baxın Kopyalayın




BİRİNCİ SALNAMƏLƏR 10:13
18 Çarpaz İstinadlar  

O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.


Cadugər qadın sağ qalmasın.


Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq.


Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək.


Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı?


Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm.


Mənə xəyanət edərək cindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın arasından qovacağam.


«Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi.


Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam.


Çünki üsyankarlıq falçılığa bərabər günahdır, İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi».


O, Rəbbə müraciət etdi. Amma Rəbb ona nə yuxu, nə Urim, nə də peyğəmbərlər vasitəsilə cavab verdi.


Bizi izlə:

Reklamlar


Reklamlar