Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AVDİYA 1:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 «Әҝәр ҝеҹә јанына оғрулар, гулдурлар ҝәлсәјди, Анҹаг өэ истәдикләри гәдәр оғурламаэдылармы? Әҝәр үэүм јығанлар сәнин бағына ҝәлсәјди, Бир нечә салхымы сахламаэдылармы? Амма ҝөр сәни нә ҹүр мүсибәтләр ҝөэләјир!

Fəsildə baxın Kopyalayın




AVDİYA 1:5
13 Çarpaz İstinadlar  

Ey İsrail, şərəfin öz yüksək yerlərinin üstündə öldürüldü! Necə də igidlər qırıldı!


Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın!


Zeytun ağacı silkələnəndən sonra Təpəsində iki-üç zeytun qaldığı kimi, Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi Çox az adam sağ qalacaq. Bunu İsrailin Allahı Rəbb bəyan edir.


Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, Dünyadakı xalqlar da elə olacaq.


Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlamazdılarmı?


Bütün dünyanın gürzü Necə də qırılıb parçalandı! Babil necə də millətlər arasında Viranə oldu!


Ordular Rəbbi belə deyir: «Tənəkdən son üzümlər yığılan kimi İsrailin qalan əhalisi də Yığılıb qurtaracaq. Üzümyığan kimi Yenə meynə budaqlarına əlini uzat».


Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir.


Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək.


Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.


Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı. Hey belə deyərdi: «Mən mənəm, məndən başqası yoxdur!» Necə də bu şəhər xarabalığa döndü, Vəhşi heyvanların yuvası oldu! Yanından keçən hər kəs vahimədən Kənara çəkilir.


Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalanı başaq etmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.


Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı».


Bizi izlə:

Reklamlar


Reklamlar