Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AVDİYA 1:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Бу, Авдијаја эүһур олан ҝөрүнтүдүр. Худавәнд Рәбб Едом барәсиндә белә дејир: Биэ Рәбдән хәбәр ешитдик, Милләтләр арасына «Галхын, Едома гаршы дөјүшәк!» дејән гасид ҝөндәрилди.

Fəsildə baxın Kopyalayın




AVDİYA 1:1
28 Çarpaz İstinadlar  

Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom adı verildi.


Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı.


Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir.


Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»


Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun».


Başçıları Soanda olduqlarına, Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq,


Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim.


Edom, Moav, Ammon övladları,


Ölkədə eşitdiyiniz şayiələrə görə Cəsarətinizi itirib qorxmayın. Bir il bir şayiə gəlir, O biri il başqası. Ölkədə zorakılıq, Başçının başçıya qarşı çıxması barədə Şayiələr yayılır.


Mənə Rəbbin bu sözü nazil oldu:


Yəhuda xalqına qəddarlıq etdiyinə, Torpaqlarında günahsız qan tökdüyünə görə Misir viran qalacaq, Edom izsiz bir səhra olacaq.


Azad edən qalxacaq, Sağ qalanların yolunu açacaq. Onlar darvazanı qıracaq, Oradan keçib-çıxacaq. Padşahları onların qabağında gedəcək, Rəbb önlərində gedəcək.


Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.


Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.


Bizi izlə:

Reklamlar


Reklamlar