Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AMOS 9:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 “Çünki, budur, Mən belə əmr edirəm: Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirləyəndə bir çınqıl belə, yerə düşməyəcək.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 “Çünki, budur, Mən belə əmr edirəm: Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirləyəndə bir çınqıl belə, yerə düşməyəcək.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 “Чүнки, будур, Мән белә әмр едирәм: Мән Исраил нәслини бүтүн милләтләр арасында хәлбирдән кечирәҹәјәм. Хәлбирләјәндә бир чынгыл белә, јерә дүшмәјәҹәк.

Fəsildə baxın Kopyalayın




AMOS 9:9
14 Çarpaz İstinadlar  

O gün Rəbb Fərat çayından Misir vadisinə qədər Öz bəhrələrini yığacaq. Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları!


Buğdanı çörək bişirmək üçün xırmanda döyürlər, Amma o fasiləsiz döyülməz. Xırmanın üstündən araba və atlar keçsə də, buğdanı əzməz.


Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.


«Əgər qoyulan bu qayda-qanunlar Önümdən götürülərsə, Yalnız onda İsrail nəsli əbədilik Bir millət olmaqdan çıxar» Rəbb belə bəyan edir.


Qorxma, ey qulum Yaqub, Çünki Mən səninləyəm” Rəbb belə bəyan edir. “Səni aralarına sürgün etdiyim Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Ədalətlə tərbiyələndirəcəyəm. Amma cəzasız qoymayacağam”».


Elam üzərinə göylərin hər tərəfindən Dörd küləyi gətirəcəyəm, Xalqını dörd tərəfə səpələyəcəyəm. Elamdan sürgün olunanların Aralarına getmədiyi bir millət qalmayacaq.


Sizin aranızdan Mənə qarşı üsyankar olanları və qanunsuzluq edənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.


Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim.


Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.


Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam».


Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.


Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək.


Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi.


Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.


Bizi izlə:

Reklamlar


Reklamlar