Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AMOS 9:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, Orada yaşayan hər kəsi yasa batırar, Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, Orada yaşayan hər kəsi yasa batırar, Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Ордулар Рәбби Худавәнд тохунуб јери титрәдәр, Орада јашајан һәр кәси јаса батырар, Бүтүн јер Нил чајы кими габарар, Мисирдәки Нил чајы кими чәкиләр.

Fəsildə baxın Kopyalayın




AMOS 9:5
17 Çarpaz İstinadlar  

Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!


Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.


Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.


Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək.


Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir.


Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar.


Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı.


Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».


Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.


Bizi izlə:

Reklamlar


Reklamlar