Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AMOS 8:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Бундан өтрү дејилми ки, јер титрәјәҹәк, орада јашајан һәр кәс јаса батаҹаг? Бәли, бүтүн јер Нил чајы кими габараҹаг, Мисирдәки Нил чајы кими ҹошандан сонра чәкиләҹәк.

Fəsildə baxın Kopyalayın




AMOS 8:8
22 Çarpaz İstinadlar  

Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı, Əlini onlara qarşı uzadaraq onları vurdu. Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı, Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.


Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.


Nil kimi qalxan, Suları sel kimi çalxalanan kimdir?


Nil kimi qalxan, Suları sel kimi çalxalanan Misirdir. O deyir: “Qalxıb yer üzünü basacağam. Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”.


Ölkə titrəyib lərzəyə gəlir! Çünki Rəbbin Babilə qarşı niyyəti – Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti Yerinə yetməlidir.


Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib.


Samariya sakinləri Bet-Avendəki dana bütlərinə görə Qorxuya düşəcək. Onun üçün xalqı yas tutacaq. Onun calalı ilə coşan kahinləri Sürgünə aparıldığı üçün ağlayacaq.


Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.


Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”.


Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, Orada yaşayan hər kəsi yasa batırar, Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər.


Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.


O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.


Bizi izlə:

Reklamlar


Reklamlar