Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AMOS 7:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin Müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin Müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Исһагын нәслинин сәҹдәҝаһлары хараба галаҹаг, Исраилин Мүгәддәс мәканлары виран олаҹаг. Јаровамын нәслинә гаршы гылынҹла чыхаҹағам”».

Fəsildə baxın Kopyalayın




AMOS 7:9
16 Çarpaz İstinadlar  

İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.


O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi.


Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu. İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır.


Biz utandıq, Çünki təhqir eşitdik, Üzümüzü rüsvayçılıq örtdü. Çünki yadellilər Rəbbin məbədinin Müqəddəs yerlərinə girdi.


söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm.


İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, Onun qurbangahlarında Tikan və qanqal bitəcək. O zaman dağlara «Bizi örtün!», Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.


“Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün Bet-Eldəki qurbangahı da cəzalandıracağam. O qurbangahın buynuzları kəsilib yerə tullanacaq.


Bet-Elə dönməyin, Qilqala getməyin, Beer-Şevaya keçməyin, Çünki sürgün olunmaq hökmən Qilqala gəlir, Bet-El bir heçə dönəcək”.


Çünki Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».


Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir».


Samariyanın bütlərə and içib ‹Ey Dan, allahının haqqı!›, ‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar Yıxılacaq və bir daha qalxmayacaq”.


Xudavəndi qurbangah yanında duran gördüm. O dedi: “Sütun başlıqlarını elə vur ki, Astanalar sarsılsın. Binanı hamının başına uçur. Sağ qalanları Mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz.


Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?


Bizi izlə:

Reklamlar


Reklamlar