Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AMOS 6:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Вај һалыныэа, еј бәла ҝүнүнү уэаг саныб Эоракылығы тахтына јахынлашдыранлар!

Fəsildə baxın Kopyalayın




AMOS 6:3
19 Çarpaz İstinadlar  

Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır.


“Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün. Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün.


Bir-birlərinə deyirlər: «Gəlin, şərab gətirək, Bol-bol kefləndirici içki içək! Sabahkı gün də bu gün kimi, Hətta bundan da çox yaxşı olacaq!»


Ən ləziz yeməkləri yeyənlər İndi küçələrdə taqətdən düşüblər. Al rəngli paltar geyib-böyüyənlər Zibillikdə yatırlar.


«Ey bəşər oğlu, İsrail torpağında nə üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz?


«Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək barədə peyğəmbərlik edir”.


Ətrafında kef edən bir dəstənin gurultusu yüksəldi. Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi. O iki qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular.


Rəbb bəyan edir: “Hətta düz iş görməyi bacarmırlar. Onlar qalalarına zorakılıqla, Soyğunçuluqla qənimət yığır”.


Aşdodun qalalarında, Misir torpağının qalalarında belə elan edin: “Samariya dağlarının üzərinə yığılın. Oradakı böyük qarışıqlığı, Onun içindəki təzyiqi görün”.


Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar!


Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq.


Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kotan sürər? Siz isə ədaləti zəhərə döndərmisiniz, Bəraəti də acıya çevirmisiniz.


Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək.


Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır.


Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə,


İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər.


deyəcəklər: «Rəbbin vəd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır».


Çünki bu qədər var-dövlət Bir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq


Bizi izlə:

Reklamlar


Reklamlar