Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AMOS 3:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Еј Исраиллиләр! Рәббин әлејһиниэә дедији сөэү динләјин! Мисир торпағындан чыхардығы бу нәслин һамысына белә дејир:

Fəsildə baxın Kopyalayın




AMOS 3:1
18 Çarpaz İstinadlar  

Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!


O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır.


Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram.


Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail! Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam.


Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.


Rəbb bəyan edir: «O zaman Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar da Mənim xalqım olacaq».


Bu pis tayfadan sağ qalanların hamısı sürgün etdiyim hər yerdə həyatı yox, ölümü seçəcək» Ordular Rəbbi belə bəyan edir.


«Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub.


Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz.


Mən sizi Misir torpağından çıxarıb Qırx il çöldə gəzdirmişdim ki, Siz Emorluların torpağına sahib olasınız.


Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri! Bu sözü dinləyin, ey yoxsullara zülm edən, Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!


Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!


Buna görə də Rəbb belə deyir: «Bu xalqa bəla gətirməyə hazırlaşıram, Ondan boyun qaçıra bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, Çünki pis zaman gəlir.


Onda mən dedim: «Dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Axı siz ədalətli olmalısınız!


Dəniz sahilində yaşayanların – Keretlilərin vay halına! Ey Filiştlilərin torpağı Kənan, Rəbbin hökmü sizə qarşıdır, Rəbb hamınızı yox edəcək. Ölkədə heç bir sakin sağ qalmayacaq!


Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.


Bizi izlə:

Reklamlar


Reklamlar