Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




AMOS 2:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Амма Мән сидр ағаҹы кими һүндүр, Палыд ағаҹы кими мөһкәм олан Еморлулары гаршыныэда јох етдим, Јухарыдан бәһрәсини, ашағыдан көкүнү кәсдим.

Fəsildə baxın Kopyalayın




AMOS 2:9
27 Çarpaz İstinadlar  

Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb».


həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,


Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq.


Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım.


Mənim sizə bu gün verdiyim əmrə riayət edin. Budur, Mən önünüzdən Emorluları, Kənanlıları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları qovuram.


Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq.


Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar.


Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq.


Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.


Rəbbin qəzəbi İsrailə qarşı alovlandı və Rəbb gözündə pislik etmiş nəsil ölənə qədər onları qırx il səhrada gəzdirdi.


Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük deyə-deyə bizdə ürək qoymadılar›”.


Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.


Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində, Ey ay, Ayyalon dərəsində».


Yeşua dedi: «Var olan Allahın aranızda olmasını buradan biləcəksiniz ki, O sizin önünüzdən hökmən Kənanlıları, Xetliləri, Xivliləri, Perizliləri, Qirqaşlıları, Emorluları və Yevusluları qovacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar