Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




1 TİMOTEYƏ 5:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Həqiqi dul qadınlara hörmət et.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Həqiqi dul qadınlara hörmət et.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Həqiqi dul qadınlara hörmət et.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Һәгиги дул гадынлара һөрмәт ет.

Fəsildə baxın Kopyalayın




1 TİMOTEYƏ 5:3
28 Çarpaz İstinadlar  

Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim.


Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa, Dul qadının ümidini qırmışamsa,


Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.


Öz yetimlərini burax, Onları Mən yaşadaram. Dul qadınların da Mənə güvənsin».


onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz.


Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.


Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.


O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi.


İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir».


O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladılar. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar.


Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər.


Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı.


O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.


Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.


Allahınız Rəbbin qarşısında – Onun Öz isminə məskən seçəcəyi yerdə siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, aranızda yaşayan qəriblər, yetimlər və dul qadınlar birlikdə sevinəcəksiniz.


Bu bayramda siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz.


“Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”


İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq.


ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver.


Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.


Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin.


Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.


Bizi izlə:

Reklamlar


Reklamlar