Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




MATTA 13:44 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

44 Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

44 Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

44 Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

44 Сәмави Падшаһлыг тарлада ҝиэләдилән бир дәфинәјә бәнэәјир. Тапан адам ону ҝиэләтди, севинҹлә ҝедиб бүтүн варыны сатды вә о тарланы сатын алды.

Fəsildə baxın Kopyalayın




MATTA 13:44
29 Çarpaz İstinadlar  

Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular.


Axmaq hikmət qazanmaq istəməz, Bunun üçün pul sərf etmək fayda verməz.


Tənhalığı sevən niyyətinin ardınca düşür, Sağlam şüura zidd gedir.


Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.


İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir.


O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.


Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir.


İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».


Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?»


Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq.


Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.


Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz.


İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.


Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun.


Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir.


Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.


Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz.


Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan.


Bizi izlə:

Reklamlar


Reklamlar